Ana Sayfa > Xəbər > SOCAR-ın yanacaqla dolu daha 2 avtomobili Xankəndiyə yola düşüb - FOTO

SOCAR-ın yanacaqla dolu daha 2 avtomobili Xankəndiyə yola düşüb - FOTO


26-09-2023, 16:48. Yazar: admin


SOCAR-ın yanacaqla dolu daha 2 avtomobili Xankəndiyə yola düşüb.

APA-nın müxbiri xəbər verir ki, Qarabağın erməni sakinləri üçün göndərilən yanacaqla dolu avtomobillər Xankəndiyə hərəkət edir.

SOCAR-ın yanacaqla dolu 2 avtomobili Xankəndiyə yola düşüb.

APA-nın müxbiri xəbər verir ki, 34 ton dizel, 30 ton benzin Ağdam-Əsgəran-Xankəndi yolu ilə Qarabağın erməni sakinlərinə çatdırılacaq.



2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin, ilk növbədə, bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsinə dair xahişinə uyğun olaraq, sentyabrın 26-da Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 30 ton benzin, 34 ton dizel yola salınıb.

Qeyd edək ki, bundan öncə də Xankəndiyə SOCAR-ın maşınları ilə 64 ton yanacaq göndərilib.
Geri dön