Ana Sayfa > Xəbər > “Azərişıq” ASC yanan bina sakinlərinin elektrik borclarını öz üzərinə götürdü

“Azərişıq” ASC yanan bina sakinlərinin elektrik borclarını öz üzərinə götürdü


21-05-2015, 16:02. Yazar: admin
“Azərişıq” ASC yanan bina sakinlərinin elektrik borclarını öz üzərinə götürdü
Mayın 19-da paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi bütün Azərbaycanı sarsıtdı.
Moderator.az-ın verdiyi xəbərə görə, Yanğın zamanı həyatını itirmiş insanların faciəsi “Azərişıq” ASC kollektivi tərəfindən də böyük kədərlə qarşılanıb. Belə ağır anlarda onlara öz dəstəyini göstərmək üçün “Azərişıq” ASC rəhbərliyi tərəfindən xüsusi qərar qəbul edilib. Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binası sakinlərinin bütün elektrik borcları Səhimdar Cəmiyyətin hesabına ödənilmişdir. Yanmış binanın sakinləri qarşıdakı aylarda da məskunlaşacaqları istənilən yerlərdə elektrik haqlarından azad ediləcək və həyatları normal axara düşənə qədər “Azərişıq” ASC bu abonentlərin bütün elektrik sərfiyyat xərclərini öz üzərinə götürür.

“Azərişıq” ASC-nin rəhbərliyi bütün kollektiv adından zərərçəkmişlərə şəfa arzulayır və həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət diləyirik.

Geri dön