Ana Sayfa > Xəbər > Türkiyədə Ermənistanın təxribatları ilə bağlı konfrans keçirildi

Türkiyədə Ermənistanın təxribatları ilə bağlı konfrans keçirildi


13-09-2023, 10:42. Yazar: admin
Türkiyədə Ermənistanın təxribatları ilə bağlı konfrans keçirildi

Dünən İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşəbbüsü ilə Türkiyənin Kocaeli şəhərində fəaliyyət göstərən 20-yə yaxın qeyri-hökumət təşkilatının iştirakı ilə son zamanlar Ermənistan tərəfindən törədilən təxribatlarla bağlı konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan Kocaeli Milli Quruluşlar Birliyinin sədri Yücəl Alpay Dəmir Ermənistanın uzun illərdir davam edən işğal, terror, təxribat siyasətindən danışıb.

Daha sonra İSBAM sədri Samir Adıgözəlli son dövrdə Ermənistan tərəfindən şərti sərhəddə və Xankəndi ətrafında təxribat əməllərindən danışaraq aşağıdakıları bildirib:

“Erməni tərəfi son günlər şərti dövlət sərhəddi boyunca hərbi texnika və canlı qüvvə yığmaqla növbəti təxribata əl atmışdı. Bununla bərabər, ölkəmizin suveren ərazisində qondarma seçkiyə dəstək verməklə bölgədə yenidən vəziyyəti gərginləşdirmişdi .

Eləcə də günlərdir saxta humanitar böhran adı altında dünyada Ermənistan tərəfindən manipulyasiya etməyə cəhd göstərilir.
Lakin Azərbaycan dövləti Ağdam-Xankəndi yoluna qarşı çıxan Ermənistanın əsassız iddialarını, “humanitar ” şoularını arqumentlərlə alt-üst etmişdir”.

Toplantıda iştirak edən Kocaeli Heydər Əliyev Mədəniyyət Evinin sədri Bilal Dündar, ikinci sədrk Adnan Zanburkan, Güney Məhəlləai Yardımlaşma Dərnəyi sədri Oktay Yaşar, Xalq Kürsüləri Dərnəyinin sədri Ramazan Sevinc və digərləri öz çıxışlarında Ermənistanın təxribatlarını qınayaraq qardaş Azərbaycanın haqq işinin yanında sonuna qədər olduqlarını bəyan ediblər.

Konfransın sonunda Ermənistan tərəfinin təxribatlarını qınayan bəyanatla dünya ictimaiyyətinə çağırış edildi.

Geri dön