Ana Sayfa > Xəbər > Bakıdan Xankəndiyə yardım getdi - Separatçıların cavabı

Bakıdan Xankəndiyə yardım getdi - Separatçıların cavabı


29-08-2023, 12:57. Yazar: admin
Bakıdan Xankəndiyə yardım getdi - Separatçıların cavabı

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə bu gün 40 ton un yardımı göndərməsinə Azərbaycanın Xankəndi şəhərində fəaliyyət göstərən separatçı dəstədən reaksiya verilib.

DİA.AZ axar.az-a istinadla xəbər verir ki, separatçıbaşı Araik Arutyunyanın “mətbuat katibi” Lusine Avanesyan yardım göndərilməsinin onlarla “razılaşdırılmadığını” bildirib.

O, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi yardımı “yalançı xeyriyyəçilik” adlandırmaqdan da çəkinməyib. Bildirib ki, Bakı həqiqətən yardım etmək istəyirsə, laçın yolunu ikitərəfli açmalı və yüklərin daşınmasına şərait yaratmalıdır.

Qeyd edək ki, bu, Xankəndidəki separatçı dəstənin ölkəmizin ərazi bütövlüyünə qəsddən əl çəkmədiyinin, “humanitar böhran” şousunu davam və təbliğ etmək məqsədlərini aydın göstərir.

Geri dön