Ana Sayfa > Xəbər > MN: Erməni silahlı dəstələri Füzuli istiqamətində mövqelərimizi atəşə tutub

MN: Erməni silahlı dəstələri Füzuli istiqamətində mövqelərimizi atəşə tutub


29-08-2023, 12:52. Yazar: admin


Avqustun 28-i saat 23:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
Geri dön