Ana Sayfa > Xəbər > Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub


14-08-2023, 14:10. Yazar: admin


Avqustun 14-də saat 09:20-dən 12:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
Geri dön