Ana Sayfa > Xəbər > “Bax, taksi, min, get”: - Bakıda taksilərin yarısı qədər avtobus olsaydı...
“Bax, taksi, min, get”: - Bakıda taksilərin yarısı qədər avtobus olsaydı...9-08-2023, 10:46. Yazar: admin |
Azərbaycanda uzun müddətdir ictimai nəqliyyat, həmçinin taksi fəaliyyəti ilə bağlı müzakirələr bitmir. İyun ayında ölkəmizdə taksi fəaliyyəti ilə bağlı qanun layihəsi qəbul olunduqdan bir müddət sonra paytaxtda taksi qiymətləri artıb. Yəni iyul ayında Bakıda fəaliyyət göstərən takşi şirkətləri "Bolt", "Uber", "Yango" taksilərdə gediş haqqının minimal qiymətini artırıb. Belə ki, hər üç şirkətdə məsafədən asılı olmayaraq, minimal qiymət 2.50 manat olacaq. Bundan əvvəl "Yango", "Uber"də minimal gediş 1 - 1,2 ₼, "Bolt"da isə 1,5 - 1,6 ₼ olaraq dəyişirdi. Artımın səbəbi açıqlanmasa da, bəzi taksi şirkətlərindən yerli mətbuata bildirilib ki, onlara belə göstəriş verilib və qiymət artımı müxtəlif səbəblərdən, hava şəraitindən, pik saatdan, məsafədən asılı olaraq dəyişir. Hələ qanunverici orqanda taksi fəaliyyəti qanun layihəsinin müzakirəsi zamanı deputatların taksilərlə bağlı səsləndirdikləri fikirlər birmənalı qarşılanmamışdı. Bəziləri paytaxt Bakıda həddən çox taksi fəaliyyəti ilə məşğul olanların sayından şikayətləniblər. Ona görə də İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə olunub. Belə ki, Azərbaycanda icazəsiz taksi sifarişi operatoru kimi fəaliyyət göstərənlər 40 min manat cərimələnəcək. Yeni maddəyə əsasən, icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər 20 min manat, hüquqi şəxslər isə 40 min manat cərimə ediləcək. Bəs paytaxt Bakıda taksi sayı nə qədər olmalıdır? Bir neçə il öncə Bakı Nəqliyyat Agentliyinin sədri Bakı şəhərində 25000 , 20222-ci ildə isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat sahəsinin tənzimlənməsi şöbəsində mütəxəssisi Rauf Səfərov ölkə üzrə 40 mindən çox taksnin fəaliyyət göstərdiyini deyib. Onun sözlərinə görə, həmin taksilərin 28 mini Bakıdadır. İstanbulda isə bu rəəqm 17 mindir. Amma İstanbulda taksi xidmətindən əlavə metro xətləri, travmay, metrobuslar və digər ictimai nəqliyyat vasitələri fəaliyyət göstərir. Bakıda isə insanlara alternativ olaraq yalnız avtobus və metro xidməti təklif olunur ki, onlarla da mənzil başına istədiyin zamanda çatmaq mümkün deyil. Ötən ilin dekabrında İstanbul bələdiyyəsinin açıqlamasına görə, şəhərdə əhali sayı 15 milyon 840 min 900 nəfərdir, taksi sayı isə 19 min 520dir. Yəni hər 811 nəfərə 1 taksi düşəcək. İstanbullular bu durumdan məmnun deyillər və Türkiyə mətbuatında dəfələrlə taksi sayının azlığı ilə bağlı məlumatlara rast gəlinir. Həmin ilin göstəricilərinə görə, Nyu-Yorkda 13 min 57 taksi var və 588 nəfərə bir taksi düşür. Londonda isə 14 min 600 taksi fəaliyyət göstərir və 54 nəfərə 1 taksi düşür. Dövlət Statistika Komitəsinin (DSK) 2021-ci ilin əvvəlində qeydə aldığı paytaxt əhalisinin sayı 2 milyon 303 min nəfər təşkil edib. Təbii ki, bu, rəsmi saydır. Qeyri –rəsmi məlumatlara görə, paytaxtda yaşayanların sayı 4-5 milyon arasında dəyişir. Rəsmi rəqəmlərə və məmurların iddiaları ilə hesablasaq hazırda Bakıda 82 nəfərə 1 taksi düşür. Günay Şahmar Cebhe.info Geri dön |