Ana Sayfa > Xəbər > Jurnalist reportaja gedərkən QƏZAYA DÜŞDÜ

Jurnalist reportaja gedərkən QƏZAYA DÜŞDÜ


21-05-2015, 14:41. Yazar: admin
Jurnalist reportaja gedərkən QƏZAYA DÜŞDÜ
Hafta.az saytının müxbiri Əli Rais Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri pansionatında yanan binanın sakinləri üçün ayrılmış otaqlar və kotteclərdəki şəraitlə tanış olmaq üçün oraya yollanıb. Lakin jurnalist hadisə yerinə çatmadan qəzaya uğrayıb.

172 nömrəli avtobus Binə yolunda digər avtobusla toqquşub. Qəza nəticəsində avtobusun şüşələri tamamilə sınıb. Jurnalist bütün sınan şüşələrin arasında qalıb. O, yüngül xəsarətlərlə hadisədən qurtula bilib. Lakin sınan şüşənin yanında əyləşən sərnişinlər yüngül xəsarətlər alıb. Jurnalistin səhhəti hal-hazırda yaxşı olsa da, o, üzərindəki şüşə qırıntılarından təmizlənməyə çalışır.

Geri dön