Ana Sayfa > Xəbər / Manşet > XİN: Ermənistanın məqsədi bölgəyə üçüncü tərəfləri cəlb etmək və sülh prosesini iflasa uğratmaqdan ibarətdir
XİN: Ermənistanın məqsədi bölgəyə üçüncü tərəfləri cəlb etmək və sülh prosesini iflasa uğratmaqdan ibarətdir29-07-2023, 09:29. Yazar: admin |
Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürməsinə və onların Avropa İttifaqı, BQXK tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bu təkliflərə qarşı çıxması, alternativ yollara beton maneələr düzməklə əraziyə girişi bloklaması Ermənistanın humanitar vəziyyət barədə iddialarının siyasi şantaj və manipulyasiya olduğunu bir daha göstərib. APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bölgədə son vəziyyətə dair bəyanatında qeyd olunub. "Ermənistanın məqsədi bölgəyə üçüncü tərəfləri cəlb etmək, gərginliyin coğrafiyasını genişləndirmək və sülh prosesini iflasa uğratmaqdan ibarətdir", - bəyanatda deyilir. Geri dön |