Ana Sayfa > Xəbər > MN: Qeyri-qanuni erməni silahlı dəstələri Ağdamda fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər

MN: Qeyri-qanuni erməni silahlı dəstələri Ağdamda fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər


19-07-2023, 11:15. Yazar: admin


İyulun 18-i saat 21:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Geri dön