Ana Sayfa > Xəbər > Nəcməddin Sadıkovun yaxın adamı yenidən həbs olundu - 42 milyonluq YEYİNTİ
Nəcməddin Sadıkovun yaxın adamı yenidən həbs olundu - 42 milyonluq YEYİNTİ19-07-2023, 08:37. Yazar: admin |
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə müstəntiqin vəsatəti əsasında 18 iyul 2023-cü ildə Bakı şəhəri Səbail rayon məhkəməsinin hakimi Ülviyyə Şükürovanın qərarı ilə Zahid Gülsəfa oğlu Niftəliyev barədə həbs qətimkan tədbiri seçilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyinin məşhur sabiq əməkdaşı, “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev barədə 42 milyon manatdan çox zərərvurmaya dair ittiham irəli sürülüb. Belə ki, iş materiallarına əsasən, Zahid Gülsəfa oğlu Niftəliyev kredit almaq məqsədi ilə “Şahin-CO” MMC yaradıb, təsərrüfat və maliyyə vəziyyəti barədə “Atabank” ASC-yə saxta məlumatlar təqdim edib, 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub, götürülmüş kredit üzrə yalançı sahibkarlıq yolu ilə xeyli miqdarda gəlir əldə edib, kreditin ləğv prosesində olan “Atabank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib. Qeyd edək ki, hazırda ləğv prosesində olan bankların çoxsaylı əmanətçilərinə vəsaitlərinin ödənilməsi məqsədi ilə irihəcmli kreditlərin ilkin qaytarılmasının təmin edilməsi istiqamətində dövlət orqanları tərəfindən zəruri işlər həyata keçirilir. Xatırladaq ki, Z.Niftəliyev Azərbaycan Ordusunun keçmiş baş qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub. O, “Şlyapa Zahid” ləqəbi ilə tanınıb. Bu yaxınlarda azadlığa buraxılan Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti bir müddət əvvəl külli miqdarda rüşvət almaya görə həbs edilib. Prosesin gedişində isə rüşvət verməyə təhrik etmədə təqsirli bilinib və 10 min manat cərimə edilərək məhkəmə zalından birbaşa azadlığa buraxılıb. Bundan sonra isə Zahid Niftəliyev və onunla birgə ittiham olunan Elsevər Niftəliyevlə bağlı hökmdən protest verilib. Geri dön |