Ana Sayfa > Xəbər > Qarabağda yol tikintisində maxinasiya iddiası
Qarabağda yol tikintisində maxinasiya iddiası12-07-2023, 21:52. Yazar: admin |
“SC CONSTRUCTİON” MMC-nin formal rəhbəri olan Təhməzov Qalib Valeh oğlu bizim etibarımızdan sui-istifadə edərək aldadıb küllü miqdarda pulumuzu mənimsəyib. Qalib Təhməzovun bizə qarşı etdiyi hərəkətlər Azərbaycan Respublaiksının Cinayət Məcəlləsinin müvafiq maddələrinin tərkibini yaratdığı üçün hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmişik. Qeyd edək ki, Qlib Təhməzov “SC CONSTRUCTİON” MMC öz sürücüsü Azər Mahmudovun adına təsis edərək belə talaçılıqla dələduzluqla insanları aldadıb dövlətin ayırdığı vəsaiti isə talan edir. GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə redaksiyamıza daxil olan kollektiv şikayətdə yazılıb. Şikayətçilər iddia edir ki, Qalib Təhməzov külli miqadarda pulu mənimsəyib: "Cənab Prezident Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması ilə bağlı Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolunun tikintisi AAYDA “37 №-li Yol İstismarı”MMC ilə subpodratçı şirkət olaraq Türkiyənin Polat Yol Yapı San. Və Tic Anonim Şirkəti-nin Azərbaycan Respublikasındaki Filialına (VÖEN 1500968811) həvalə edilmişdir. Yolun Xanlıq yaşayış məntəqəsindən ayrılan,uzunluğu 17 km olan hissəsindən torpaq qatının və qurğuların tikintisi işləri aparılması üçün Polat şirkəti ilə “SC CONSTRUCTİON” MMC arasınada 01 yanvar 2022-ci il tarixdə XQL-2021-041 nömrəli müqavilə imzalanmışdır. 2021-ci ilin dekabr ayı tarixində “SC CONSTRUCTİON” MMC-nin formal rəhbəri Qalib Təhməzov biz sahibkarlar ilə müqavilə bağlayıb ağır yük daşıyan və yol tikintisi aparan texnikaları həmin işə cəlb etmişdir.Müəyyən müddət ərzində həmin yol tikintisində biz sahibkarların çoxlusayda ağır texikalarla işləyib əmək sərf etmişik. Ortada yaranmış etibardan sui-istifadı edən “SC CONSTRUCTİON” MMC-nin sahibi Qalib Təhməzov bizə düşəcək küllü miqdara pulu ələ keçirərək mənimsəyib". Dəfələrlə “SC CONSTRUCTİON” MMC-nin rəhbəri Qalib Təhməzovdan bizə düşəcək pulumuzu ödəməsini xahiş və tələb etsəkdə AAYDA 37 li saylı yol istismarı MMC ilə Polat şirkətinin ona gördüyü işə pul ödəmədiyini bəhanə gətirərək bizə pul ödəməkdən boyun qaçırmışdır. Bu və bunun kimi “sahibkarlar” cənab Prezidentimizin uğurlu siyasətinə,Qarabağımızın yenidən qurlulmasına kölgə salırlar. “SC CONSTRUCTİON” MMC-nin rəhbəri Qalib Təhməzovun bizə qarşı etdiyi hərəkətlər cinayət əməli olduğu üçün hüquq mühafizə oraqnlarına şikayət ərizəsi ilə müraciət etmişik. GUNDEMİNFO.AZ-a yazan vətəndaşlar iddia edir ki, “SC CONSTRUCTİON” MMC-nin rəhbəri Qalib Təhməzovun bizi aldadıb küllü miqdarda pulumuzu mənimsəməsini təsdiq edən konkret və mötəbər subutları var. Aidiyyatı mərkəzi orqanların rəhbərlərindən və hüquq mühafizə orqanlarından xahiş edirik etibarımızdan sui-istifadə edərək pulumuzu ələ keçirib mənimsəmiş, dövlətə küllü miqdarda ziyanlar vurmuş “SC CONSTRUCTİON” MMC-nin rəhbəri Qalib Təhməzovun barəsində qanunu və ciddi tədbirlər görəsiniz. Onu da əlavə edək ki, Qalib Təhməzov Bakıda fəaliyyət göstərən "Luks MTK"nın sahibi Fəqan Təhməzovun və "Ay İşığı" şadlıq sarayını uşlədən Zaman Təhməzovun qardaşıdır. İddialarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Geri dön |