Ana Sayfa > Xəbər / Manşet > Ermənistan silahlı qüvvələri kvadrokopterlərlə Naxçıvan, Laçın və Xocavənd istiqamətində kəşfiyyat uçuşları aparmağa cəhd göstərib

Ermənistan silahlı qüvvələri kvadrokopterlərlə Naxçıvan, Laçın və Xocavənd istiqamətində kəşfiyyat uçuşları aparmağa cəhd göstərib


9-07-2023, 10:22. Yazar: admin


Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopterlər Ordumuzun Naxçıvan Muxtar Respublikası və Laçın rayonu ərazilərində yerləşən mövqeləri, qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter isə Xocavənd rayonu Tağaverd kəndi istiqamətində yerləşən bölmələrimizin mövqeləri üzərində kəşfiyyat xarakterli uçuşlar aparmağa cəhd göstərib.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən xəbər verilib.
Görülən təxirəsalınmaz tədbirlər nəticəsində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən kvadrokopterlərin fəaliyyətinin qarşısı alınıb.




Geri dön