Ana Sayfa > Xəbər / Manşet > Azərbaycan "Qisas" əməliyyatında öldürülmüş iki erməni hərbçinin meyitinin Ermənistana aparılmasına şərait yaradıb - VİDEO
Azərbaycan "Qisas" əməliyyatında öldürülmüş iki erməni hərbçinin meyitinin Ermənistana aparılmasına şərait yaradıb - VİDEO1-07-2023, 12:28. Yazar: admin |
Azərbaycan Ordusunun iyunun 28-də keçirdiyi "Qisas-2" əməliyyatı zamanı öldürülən erməni hərbçilərdən ikisinin meyitinin Ermənistana aparılmasına şərait yaradılıb. Vertikal.az APA-ya istinadla xəbər verir ki, Qarabağda qeyri-qanuni silahlı dəstələrinin məhv edilmiş iki hərbçisinin meyitini onların yaxınları müşayiət edib. Meyitlər Laçın sərhəd-buraxılış məntəqəsindən keçirilməklə Ermənistana aparılıb. Proses iyulun 1-də Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib. Videodan da göründüyü kimi, qeyri-qanuni erməni silahlı dəstələrinin öldürülmüş üzvlərinin yaxınları və meyitlər Laçın sərhəd-buraxılış məntəqəsində müvafiq yoxlamadan sonra Ermənistana keçid edib. Azərbaycan bununla humanizm prinsiplərinə sadiq qaldığını növbəti dəfə bütün dünyaya nümayiş etdirib. Qeyd edək ki, "Qisas-2" əməliyyatı zamanı qeyri-qanuni erməni silahlı dəstələrinin 5 üzvü məhv edilib. Onlardan ikisi Ermənistan silahlı qüvvələrinin hərbçisi olub. VİDEO BURADA: apa Geri dön |