Ana Sayfa > Xəbər > Rusiyadan Azərbaycana pul köçürmələri kəskin artıb - DETALLAR

Rusiyadan Azərbaycana pul köçürmələri kəskin artıb - DETALLAR


13-06-2023, 12:30. Yazar: admin


Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən pul köçürmələri kəskin artıb.
Vertikal.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, 2023-cü ilin birinci rübündə fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana 312 milyon 629 min dollar pul köçürülüb. Bu, 2022-ci ilin birinci rübü ilə müqayisədə 3,1 dəfə və ya 212 milyon 926 min dollar çoxdur.

Ümumi köçürmələrdə Rusiyadan pul köçürmələrin xüsusi çəkisi artıb
2023-cü ilin ilk rübündə Rusiyadan pul köçürmələri Azərbaycana ümumi köçürmələrin 69,2%-ni təşkil edib. Keçən ilin ilk rübündə isə bu rəqəm 41,5% idi. Beləliklə, ümumi köçürmələrdə Rusiyadan pul köçürmələrin xüsusi çəkisi artıb.

"Rusiyadan Azərbaycana pul köçürmələri indiki templə davam edəcək"
İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, növbəti aylarda da Rusiyadan Azərbaycana pul köçürmələri indiki templə davam edəcək: "Rusiyadan Azərbaycana pul köçürmələri ölkəmizin maliyyə bazarı üçün əhəmiyyətlidir, bankların likvidliyi üçün müsbət baza yaradır. Digər tərəfdən, Rusiyada işləyən Azərbaycan vətəndaşlarının öz ailələrinə pul göndərməsi onların sosial vəziyyətinin yaxşılaşmasına dəstək verir. Pul köçürmələrinin artması Azərbaycan iqtisadiyyatı üçün müsbətdir".
Qeyd edək ki, bu ilin ilk rübündə Azərbaycana göndərilən cəmi pul baratlarının həcmi 88,2% artaraq 451 milyon dollar, ölkədən köçürülən pul baratlarının həcmi isə 12,6% azalaraq 132 milyon dollar olub. Nəticədə pul baratları üzrə 319 milyon dollar müsbət saldo yaranıb.

Geri dön