Ana Sayfa > Xəbər > Xəstəxanaya yerləşdirilən Berluskoninin vəziyyəti məlum olub
Xəstəxanaya yerləşdirilən Berluskoninin vəziyyəti məlum olub12-06-2023, 09:33. Yazar: admin |
İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani iyunun 11-də “La Repubblica” nəşrinə verdiyi şərhdə bildirib ki, bu yaxınlarda yerli klinikalardan birinə yerləşdirilən ölkənin keçmiş baş naziri Silvio Berluskoninin vəziyyəti narahatlıq doğurmur. “Onun vəziyyəti narahatlıq doğurmur. Müayinələrdən keçib, yaxın günlərdə xəstəxanadan buraxılacaq”, – deyə siyasətçi qeyd edib. Bildirilir ki, Berluskoninin xəstəxanaya yerləşdirilməsinə hər hansı kritik vəziyyət deyil, həkimlərin müalicə oluna biləcəyinə inandığı xəstəliyi (mielomonositar leykemiya) səbəb olub. Xatırladaq ki, iyunun 9-da 86 yaşlı Berluskoni San Raffaele klinikasına yerləşdirilib. rossaprimavera.ru Geri dön |