Ana Sayfa > Xəbər > 103 minlik dələduzluq edən qadına 8 il HƏBS

103 minlik dələduzluq edən qadına 8 il HƏBS


21-05-2015, 11:14. Yazar: admin
103 minlik dələduzluq edən qadına 8 il HƏBS
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səkinə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Səkinə Məmmədova 8 il müddətinə azadlıqdan məhrum edilib. Eləcə də, o, zərərçəkmiş şəxslərə dəyən zərəri ödəməli olacaq.

Qeyd edək ki, 48 yaşlı Səkinə Məmmədova Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. O, bir neçə şəxsin etibarından sui-istifadə edərək ümumilikdə 103 min 650 manat dələduzluq edib və Nərimanov rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb.

Geri dön