Ana Sayfa > Xəbər > Ermənilərin mövqelərimiz qarşısında fortifikasiya qurğuları quraşdırmaq cəhdlərinin qarşısı alınıb

Ermənilərin mövqelərimiz qarşısında fortifikasiya qurğuları quraşdırmaq cəhdlərinin qarşısı alınıb


6-06-2023, 10:55. Yazar: admin


Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam, Xocavənd, Füzuli və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Geri dön