Ana Sayfa > Xəbər > XİN: Azərbaycan Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasına üzv seçilib

XİN: Azərbaycan Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasına üzv seçilib


2-06-2023, 09:29. Yazar: admin


31 may 2023-cü il tarixində Bolqarıstan Respublikasının Sofiya şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) Avropa üzrə Komissiyasının 68-ci iclası öz işinə başlayıb. Cari ilin 2 iyun tarixinədək davam edəcək sözügedən iclas çərçivəsində 1 iyun 2023-cü il tarixində ÜTT-nin İcraiyyə Şurasına seçkilər keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Azərbaycan 5 vakant yer uğrunda 11 ölkənin mübarizə apardığı, olduqca rəqabətli şəraitdə keçirilmiş seçkilər nəticəsində İtaliya, Çexiya, Litva və Bolqarıstanla birgə ən yüksək səs toplayaraq 2023-2025-ci illər üzrə ÜTT-nin İcraiyyə Şurasına üzv seçilib.

“Azərbaycanın ÜTT-nin İcraiyyə Şurasına üzv seçilməsinə dəstək vermiş bütün dövlətlərə təşəkkür edirik”, - XİN-in məlumatında qeyd edilib.
Geri dön