Ana Sayfa > Xəbər / Manşet > Prezident: “Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə hərəkət tam nəzarət altındadır”
Prezident: “Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə hərəkət tam nəzarət altındadır”28-05-2023, 13:04. Yazar: admin |
“Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyü prinsipi əsas tutularaq sülh müqaviləsi imzalanmalıdır. Biz lazımi addımlar ataraq bu gün Qarabağda Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazilərdə istədiyimizə nail olmuşuq”. Vertikal.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə səsləndirib. Aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qoyulması ilə ərazi bütövlüyü məsələlərinin birdəfəlik həll olunduğunu söyləyən dövlətimizin başçısı deyib: “Onsuz da İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyümüz bərpa edilmişdir. Ancaq sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır”. Geri dön |