Ana Sayfa > Xəbər > Türkiyədə zəlzələdən zərərçəkənlərin işıq və qaz pulları silindi
Türkiyədə zəlzələdən zərərçəkənlərin işıq və qaz pulları silindi25-05-2023, 14:16. Yazar: admin |
Fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələlər nəticəsində iş yerləri və evləri ziyan görmüş vətəndaşların ödəmədikləri işıq və qaz pulları ləğv edilib. Vertikal.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sənəd imzalayıb. Məlumata görə, indiyədək həmin ərazilərin sakinlərinin ödəmədikləri kommunal xidmətə görə nəzərdə tutulmuş məbləğ silinib. Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda olan 7,7, Elbistan rayonunda olan 7,6 maqnitudalı iki zəlzələ olub. Nəticədə 50 500 nəfər ölüb. Geri dön |