Ana Sayfa > Xəbər > Aydın Əliyev gömrükçülərin I Avropa Oyunları ilə bağlı görəcəyi işləri açıqladı

Aydın Əliyev gömrükçülərin I Avropa Oyunları ilə bağlı görəcəyi işləri açıqladı


21-05-2015, 10:19. Yazar: admin
Aydın Əliyev gömrükçülərin I Avropa Oyunları ilə bağlı görəcəyi işləri açıqladı
Azərbaycanda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar gömrük işçilərinin sayında dəyişiklik edilməyib, eyni səviyyədədir. Sadəcə olaraq, bu məsələlərə daxili imkanlarımız səviyyəsində baxırıq. Dil bilənləri, təcrübəli mütəxəssisləri sərhədlərə əlavə cəlb edəcəyik.

Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə bildirib.

A.Əliyev qeyd edib ki, bütün sərhədlərdə Dövlət Gömrük Komitəsinin təcrübəli mütəxəssislərinin iştirakı ilə yüklərin, sərnişinlərin gəlişilə bağlı seminarlar keçirilib: "Əl yüklərinin və baqajların rəsmiləşdirilməsi ilə bağlı Azərbaycan və ingilis dilində məlumat kitabçaları nəşr olunub. Bütün sərhədlər, o cümldən Bakı-2015 I Avropa Oyunları Təşkilat Komitəsi bu məlumat kitabçaları ilə təmin edilib. Əl yüklərinin vaxtında rəsmiləşdirilib sərhədləri keçməsi üçün turistlərə bütün şərait yaradılacaq".

A.Əliyev bildirib ki, qonşu ölkələrdən fərdi avtomobillərin sərhədlərdən buraxılması qaydalarında dəyişiklik edilməyəcək: "Oyunlarla bağlı müəyyən işləri artıq görürük. Qarşımızda qoyulan vəzifələr üzrə çalışırıq".

A.Əliyevin sözlərinə görə, oyunlarla əlaqdər yüklərin kəskin artımı gözlənilir və artıq buna başlanılıb:

"Bilirsiz ki, burda bəzi spesifik məsələlər var. Bəzi idman növləri ilə bağlı silahların, tibbi preparatların gətirilməsinin tezliklə qanuni rəsmiləşdirilməsi kimi məslələr həll ediləcək".

Geri dön