Ana Sayfa > Xəbər / Manşet > Brüsseldə İlham Əliyev və Şarl Mişel arasında görüş başa çatıb

Brüsseldə İlham Əliyev və Şarl Mişel arasında görüş başa çatıb


14-05-2023, 13:41. Yazar: admin
Brüsseldə İlham Əliyev və Şarl Mişel arasında görüş başa çatıb

Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub.

“Report”un Brüsselə ezam olunmuş müxbiri xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Aİ Şurasının Prezidentinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi gözlənilir.

Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü başlayıb.

“Report”un Brüsselə ezam olunmuş müxbiri xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanın dövlət başçısı İlham Əliyevi qarşılayıb.

Sonra birgə foto çəkdirilib.



Mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında görüş olacaq.

Oxu.Az xəbər verir ki, ikili görüşün Bakı vaxtı ilə saat 11:00-da başlaması gözlənilir.

Bakı vaxtı ilə saat 15:00-da isə Prezident İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Şarl Mişel arasında üçtərəfli görüş keçiriləcək.
Geri dön