Ana Sayfa > Xəbər > Azərbaycan Ordusunda döyüş maşınları ilə praktiki çalışmalar yerinə yetirilib - VİDEO

Azərbaycan Ordusunda döyüş maşınları ilə praktiki çalışmalar yerinə yetirilib - VİDEO


6-04-2023, 10:40. Yazar: admin
Azərbaycan Ordusunda döyüş maşınları ilə praktiki çalışmalar yerinə yetirilib - VİDEO

Quru Qoşunlarının 2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş bölmələrin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Heyətlər tərəfindən döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə olunması, ştat silahından şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Çalışmalarda əsas diqqət hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

[media=https://youtu.be/kyaLqXRX6bg]
Geri dön