Ana Sayfa > Xəbər > Bakıda Azərbaycan-ABŞ Yaşıl Enerji Forumu keçirilir

Bakıda Azərbaycan-ABŞ Yaşıl Enerji Forumu keçirilir


3-04-2023, 12:23. Yazar: admin


Bakı Biznes Mərkəzində Azərbaycan-ABŞ Yaşıl Enerji Forumu keçirilir.

Vertikal.az AZƏRTAC-a istinadən xəbər verir ki, forumun işində Azərbaycanda səfərdə olan ABŞ ticarət nazirinin köməkçisi Arun Venkataraman, ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Hugo Guevara, ABŞ-Azərbaycan Ticarət Palatasının prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu, Azərbaycanın energetika nazirinin müavini Elnur Sultanov və başqaları iştirak edirlər.

Forumda Azərbaycan ilə ABŞ-nin enerji sahəsində əməkdaşlıq əlaqələri, yaşıl enerjinin istehsalı istiqamətində təcrübə mübadiləsi, enerji ixracı, sərmayə yatırımı və digər məsələlər müzakirə olunur.

Geri dön