Ana Sayfa > Xəbər > PKK Türkiyə vətəndaşlarına hədə məktubları göndərməyə başladı

PKK Türkiyə vətəndaşlarına hədə məktubları göndərməyə başladı


20-05-2015, 18:06. Yazar: admin
PKK Türkiyə vətəndaşlarına hədə məktubları göndərməyə başladı
Kürd Fəhlə Partiyasının (PKK) terrorçu törəmələrindən olan HPG tərəfindən Türkiyədə evlərə hədə-qorxu dolu məktublar göndərilib.

AZƏRTAC Türkiyə mediasına istinadən bildirir ki, məktubda iyunun 7-də keçiriləcək parlament seçkilərində Ədalət və İnkişaf Partiyasının, eləcə də digər siyasi təşkilatların namizədlərinə səs verəcək seçicilər təhdid edilir.

Həmçinin PKK-nı dəstəkləməyən deputatlığa namizədlərlə görüşlərdə iştirak edən, onlarla hər hansı yolla ünsiyyət saxlayan vətəndaşlara və onların ailə üzvlərinə hədə qorxu gəlinir.

Geri dön