Ana Sayfa > Xəbər > UNEC-də 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım tədbiri keçirilib

UNEC-də 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım tədbiri keçirilib


30-03-2023, 20:00. Yazar: admin


30 mart 2023-cü il tarixində UNEC-də 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım tədbiri keçirildi.
Azərbaycan Dövlət Himninin səsləndirilməsi və soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Ümumi fənlərin tədrisinin təşkili departamenti direktoru dosent Gülnarə Rzayeva erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğının xalqımızın tarixinə qanlı hərflərlə yazıldığını, erməni qəsbkarlarının vətənimizə və xalqımıza qarşı məkrli addımlar atdığını diqqətə çatdırdı. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı «Azərbaycanıların soyqırımı haqqında» fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində bu qətliama siyasi qiymət verildiyini, bu kursun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirdiyini bildirdi.



Tədbirdə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru Abbas Seyidov “Anadoluda türklərin soyqırımı”, AMEA Azərbaycan tarixi muzeyinin direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarov “Bakıda Mart Soyqırımı”, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru İlqar Niftəliyev “Türk - müsəlman əhalisinə qarşı Mart Soyqırımı bəşəri cinayətdir”, Humanitar fənlər kafedrasının müdiri professor Vəkil Həsənov “Arazın o tayında azərbaycanlılara qarşı soyqırımlar” mövzusunda çıxış edərək 1918-cü ildə ermənilərin bir neçə gün ərzində Azərbaycanın bölgələrində soydaşlarımıza qarşı törətdikəri kütləvi qırğınlardan, viran qoyduqları şəhər, kənd, məscid, məktəb və s. bəhs etdilər.
Çıxışların sonunda Ümumi fənlərin tədrisinin təşkili departamentinin 31 Mart Soyqırım Gününə hərs olunmuş sənədli fotolar əsasında hazırladığı videoçarx nümayiş edildi.
Tədbir iştirakçıları həmçinin UNEC Dizayn Məktəbi tələbələrinin 31 Mart Soyqırım qurbanlarına həsr etdikləri rəsm sərgisi ilə tanış oldular.



















Vertikal.az
Geri dön