Ana Sayfa > Xəbər > Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb29-03-2023, 12:11. Yazar: admin |
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artıraraq 8,5%-dən 8,75%-ə çatdırılması barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 0,25 faiz bəndi artırılaraq 6,75%-dən 7%-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,5%-dən 9,75%-ə çatdırılıb. “Bu qərar daxili və xarici mühitdə qiymət səviyyəsinə azaldıcı və artırıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib”, - deyə AMB bəyan edib. AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı mayın 3-də ictimaiyyətə açıqlanacaq. Geri dön |