Ana Sayfa > Xəbər > Britaniya Qazaxıstana Azərbaycandan keçən neft ixracına kömək edəcək
Britaniya Qazaxıstana Azərbaycandan keçən neft ixracına kömək edəcək18-03-2023, 23:15. Yazar: admin |
Qazaxıstanda səfərdə olan Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli mətbuata açıqlamasında bildirib ki, London Astanaya Azərbaycandan keçən ixrac marşrutlarını inkişaf etdirməyə kömək edəcək. Britaniyanın xarici işlər naziri Qazaxıstan neftinin Avropa bazarına daşınmasına toxunaraq vurğulayıb ki, nəzərdə tutulan ixrac marşrutu Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçir və onun imkanlarını artırmaq üçün əhəmiyyətli investisiya tələb olunur. Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev və bir sıra digər yüksək vəzifəli şəxslərlə görüşən C. Kleverli Moskva ilə sıx müttəfiq olan Astananın Ukrayna münaqişəsində tutduğu mövqeyi yüksək qiymətləndirib. Mənbə: Reuters Geri dön |