Ana Sayfa > Xəbər > İƏT Ermənistanın işğalını qəti şəkildə pisləyib, Azərbaycana dəstək ifadə edib
İƏT Ermənistanın işğalını qəti şəkildə pisləyib, Azərbaycana dəstək ifadə edib18-03-2023, 10:36. Yazar: admin |
16-17 mart 2023-cü il tarixində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Mavritaniya İslam Respublikasının paytaxtı Nuakşot şəhərində 49-cu sessiyasında ölkəmizin təşəbbüsü ilə irəli sürülmüş 5 qətnamə qəbul edilib. Bu barədə APA-ya XİN-dən bildirilib. “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində iqtisadi və sosial inkişaf fəaliyyətlərinə dəstək” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazilərində İslam dininə aid tarixi və mədəni abidələrin və izlərin dağıdılması və təhqir olunması” adlı qətnamələrdə Ermənistan tərəfindən Azərbaycana qarşı 30 ilə yaxın dövr ərzində törədilmiş işğal və təcavüz siyasəti qəti şəkildə pislənilir və işğalın ağır fəsadlarının aradan qaldırılması istiqamətində, habelə bərpa və yenidənqurma işlərində Azərbaycan hökuməti və xalqına dəstək ifadə olunur. Geri dön |