Ana Sayfa > Xəbər > “İmtahan zalına bıçaq, qumbara keçirmək istəyiblər” - Məleykə Abbaszadə

“İmtahan zalına bıçaq, qumbara keçirmək istəyiblər” - Məleykə Abbaszadə


17-03-2023, 11:45. Yazar: admin


“İmtahan zalına müxtəlif əşyalar, o cümlədən, bıçaq, qumbara keçirmək istəyənlər olub”.

Vertikal.az DİA.AZ-a istinadla xəbər verir ki, bu barədə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması, buraxılış imtahanlarının gedişatı ilə əlaqədar keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

“Biz heç vaxt bunu şişirtməmişik. Hüquq-mühafizə orqanlarına müraciət olunur və belə hallarla bağlı onlar tədbir görürlər. Təəssüf ki, bəzən belə hallar olanda insanlar sosial şəbəkələrdə qaydaları pozanlara qarşı fərqli münasibət göstərirlər. Deyirlər ki, nə olsun ki, öz yerinə qardaşını göndərib və ya nə olsun ki, onda telefon aşkarlanıb. Təəssüf ki, insanlar qaydaları pozanları qınamırlar”, - M.Abbaszadə əlavə edib.
Geri dön