Ana Sayfa > Xəbər > Ukrayna əsir düşmüş 2 Rusiya əsgərinə qarşı ittiham irəli sürüb

Ukrayna əsir düşmüş 2 Rusiya əsgərinə qarşı ittiham irəli sürüb


20-05-2015, 17:29. Yazar: admin
Ukrayna əsir düşmüş 2 Rusiya əsgərinə qarşı ittiham irəli sürüb
Ukrayna ölkənin şərqində əsir götürülmüş 2 Rusiya əsgərinə qarşı terrorçuluq fəaliyyəti ilə bağlı ittiham irəli sürüb.

Bunu Ukrayna Təhlükəsialik Xidmətinin müşaviri Markiyan Lubkivsky mayın 20-də Facebook səhifəsində yazıb.

O həmçinin əsgərlərin ailə üzvlərinə zəng vurmalarına icazə verildiyini deyir.

Kiyev Yevgeny Yerofeyev və Aleksandr Aleksandrovun aprelin 16-da Lugansk vilayətində ələ keçdiklərini bildirir.

Onların ikisi də videogörüntüdə Rusiya ordusunda xidmət etdiklərini deyir.

Moskva isə onların artıq həmin vaxt ordu sıralarında xidmət etmədiklərini deyir.

Geri dön