Ana Sayfa > Xəbər > MN: Qeyri-qanuni erməni silahlı birləşmələri üçün hərbi daşımalar və canlı qüvvənin rotasiyası yolverilməzdir

MN: Qeyri-qanuni erməni silahlı birləşmələri üçün hərbi daşımalar və canlı qüvvənin rotasiyası yolverilməzdir


11-03-2023, 11:32. Yazar: admin


Martın 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən xidməti müşavirədə Azərbaycan-Ermənistan şərti dövlət sərhədi boyu və Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti ətraflı təhlil edilib.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, bu barədə MN-in məlumatında deyilir.

Müşavirədə Ordumuzun bölmələri tərəfindən dəfələrlə müşahidə olunan, Ermənistanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın suveren ərazilərində qalan qeyri-qanuni erməni silahlı birləşmələri üçün hərbi daşımaları və canlı qüvvənin rotasiyasını həyata keçirməsinin yolverilməz olduğu bildirilib.

Müdafiə naziri qeyd edib ki, qarşı tərəfin, o cümlədən qeyri-qanuni erməni silahlı birləşmələrinin fəaliyyətlərinin fasiləsiz müşahidəsi bundan sonra da davam etdirilməlidir. Ordumuz bölgədə süni gərginlik yaratmağa çalışan Ermənistanın ehtimal edilən təhdidlərinə qarşı preventiv tədbirlər görməli və zərurət yarandıqda adekvat cavab verməlidir.
Geri dön