Ana Sayfa > Xəbər > Türkiyənin zəlzələ bölgəsindən azərbaycanlıların təxliyəsi başa çatıb, 686 nəfər ölkəyə gətirilib
Türkiyənin zəlzələ bölgəsindən azərbaycanlıların təxliyəsi başa çatıb, 686 nəfər ölkəyə gətirilib11-03-2023, 11:31. Yazar: admin |
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyədə zəlzələdən zərər çəkmiş vətəndaşların təxliyəsi barədə məlumat yayıb. APA XİN-ə istinadən xəbər verir ki, məlumatda deyilir: "Türkiyədə zəlzələ nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarına dəstək tədbirləri çərçivəsində 10 mart tarixində Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşlarının zəlzələ bölgəsindən planlaşdırılan sonuncu təxliyəsi həyata keçirilib. Bununla, zəlzələ baş vermiş gündən etibarən ümumilikdə 686 nəfər təxliyə olunub. Türkiyə Respublikasından təxliyəsi həyata keçirilən vətəndaşlarımız və onların ailə üzvlərinə lazımi tibbi, humanitar və psixoloji yardımın göstərilməsi, zərurət yarandıqda həmin şəxslərin müvəqqəti sığınacaq mərkəzlərinə yerləşdirilməsi istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İndiyə qədər, 2 nəfər Azərbaycan vətəndaşı haqqında hələ də məlumat əldə etmək mümkün olmayıb, onların axtarışları davam etdirilir. Zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!" Geri dön |