Ana Sayfa > Xəbər > UNEC kollektivi Şəhid Eyvazlı Məzdək Əli oğlunun əziz xatirəsini yad edib - FOTOLAR

UNEC kollektivi Şəhid Eyvazlı Məzdək Əli oğlunun əziz xatirəsini yad edib - FOTOLAR


26-02-2023, 14:36. Yazar: admin


Zəfərimizlə başa çatan II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan UNEC məzunu Eyvazlı Məzdək Əli oğlunun bu gün - fevralın 26-da doğum günüdür.

Eyvazlı Məzdək 2020-ci il sentyabrın 27-də könüllü olaraq müharibəyə yollanıb. 29 oktyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda” , "Füzulinin azad olunmasına görə" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.



Şəhidimizin əziz xatirəsini yad etmək üçün UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentinin direktoru dosent Gülnarə Rzayeva və departamentin müəllimləri Sevinc Qayibova, Zeynəb Hüseynova, Mətanət Əmrahova, Aygün Əmirova Eyvazlı Məzdək Əli oğlunun Lökbatan qəsəbəsinin Şəhidlər xiyabanında məzarını ziyarət edərək məzarı önünə gül dəstələri düzüblər. Şəhidimizin əziz və əbədi xatirəsini ailəsi ilə birlikdə yad edərək anası Gülnarə xanımdan oğlu haqqında xatirələri dinləyiblər.
Şəhidlərimizin ruhu qarşısında baş əyir, onları vətənpərvər ruhda böyüdən analarının əllərindən öpürük!!!





Vertikal.az


Geri dön