Ana Sayfa > Xəbər > Hansı ölkədə 4 yaşdan qızların 95 faizini zorlayırlar?

Hansı ölkədə 4 yaşdan qızların 95 faizini zorlayırlar?


20-05-2015, 16:10. Yazar: admin
Hansı ölkədə 4 yaşdan qızların 95 faizini zorlayırlar?
Zəmanəmizdə qadın olmaq asan deyil. Lakin bu gün uğurlu karyera quran, eyni zamanda gözəl ana olan qadınlar heç kimdə təəccüb doğurmur. Lakin indiyə qədər yer üzündə qadınların zorakılığa, repressiyalara, izolyasiya və ayrı-seçkiliyə məruz qaldığı ölkələr də mövcuddur. Analitik.az beynəlxalq mütəxəssislərin zərif cinsin yaşaması üçün ən pis hesab etdikləri 10 ölkəni təqdim edir.

Əfqanıstan

Əfqan qadınları orta hesabla bu ölkənin kişilərindən bir il az yaşayırlar - təxminən 45 il. İndiyədək bu ölkədə qadınlar arasında savadsızlıq yüksək səviyyədədir. Qızların əksəriyyəti 16 yaşınadək nikaha girir. Əfqanıstanda qadınların 85% -i tibbi yardım olmadan uşaq dünyaya gətirməli olurlar. Bunun nəticəsində bu ölkədə hər 30 dəqiqədə bir hamilə qadın ölür. Əfqanıstan dünyada ana ölümünün səviyyəsinə görə birinci yeri tutur.

Qvatemala

Qvatemalanın bədbəxt qadınları nəinki ailələrdə zorakılıqla, həm də tez-tez zorlamalarla qarşılaşırlar. Həmçinin bu ölkədə QİÇS xəstəliyinin qadınlar arasında göstəriciləri dünyada ən yüksək səviyyədədir.

Demokratik Konqo Respublikası

Demokratik Konqo Respublikasında indiyədək davam edən müharibə nəinki 3 milyon insanın həyatına son qoyub, hətta qadınların vəziyyətini də dəyişib. İndi onlar həm müharibədə ön cəbhədə iştirak edir, həm də hər gün sərt reallıqlar ilə üzləşməli olurlar: Qadınlar tez-tez birbaşa hücum və zorakılığa məruz qalırlar. Hər gün 1000-dən çox qadın zorlamaya məruz qalır. 1996-dən bu günədək 200 min belə hal qeydə alınıb. 57% hamilə qan azlığından əziyyət çəkir. Konqoda istisnasız olaraq bütün qadınlar ərlərinin icazəsi olmadan heç bir hüquqi sənədə imza ata bilməz.

Hindistan

Hindistanda HİV-ə yoluxmuş yetkinlik yaşına çatmış insanların 39% -ni qadınlar təşkil edir. 70% qadınlar ailədə mütəmadi zorakılığa məruz qalırlar. Burada hər 29 dəqiqə bir qadın zorlama qurbanı olur. XX əsrdə Hindistanda 50 milyondan çox qız öldürülüb, təxminən 100 milyon qadın və qız isə insan alverinin qurbanı olub. Bu ölkədə qızların 44,5% -i 18 yaşına qədər ərə gedirlər.

İraq

Səddam Hüseynin hakimiyyətdən devrildiyindən sonra ölkədə qadınlar əsl cəhənnəm əzabında yaşayırlar. Vaxtılə qadınların təhsil səviyyəsinə görə ərəb dövlətləri arasında birinci yeri tutan İraq, indi bu göstərici üzrə ən aşağı pillədə qərarlaşıb. Amma bu hələ hamısı deyil. 2014-ci ilin sonunda "İslam dövlətinin" - İŞİD-in döyüşçüləri 150 qadını yeni sosial fenomen adlanan seks-cihadda iştirak etmək istəmədiyinə görə edam edib.

Mali

Mali dünyanın ən kasıb ölkələrindən biri hesab edilir. Burada qadınların çox cüzi hissəsi dəhşətli ağrılarla meşayət olunan cinsi orqanlarının sünnətindən canlarını qurtara bilirlər. Bir çox qızlar bu ölkədə lap gənc yaşlarında nikaha daxil olmağa məcburdurlar, amma hər onuncusu hamiləlik və ya doğuş zamanı dünyasını dəyişir.

Pakistan

Demə, bu ölkənin bəzi qəbilələrində ərlərinin cinayətlərinə görə onların qadınlarını zorlamaq adəti hələ də qalır. Lakin daha böyük hiddət doğuran üzdəniraq namus üstündə baş verən qətllərdir. Bu yaxınlarda Pakistan qadın siyasətçilərə, vəkillərə və insan hüquqları məsələləri üzrə iş aparanlara qarşı yönəlmiş dini ekstremizmin təsiri altına düşüb. Bu ölkədə indiyədək ailədə zorakılığa qarşı qanun yoxdur, bu səbəbdən 90% qadın qəddar rəftar qurbanlarına çevrilirlər. Qadınların 82% isə kişilərdən az qazanırlar.

Somali

Somalinin paytaxtı Moqadişoda gedən vətəndaş müharibəsi bir zamanlar ailə ocağının qoruyucusu olan gözəl cinsin vəziyyətini kökündən dəyişdi. Moqadişo şəhərində 4 yaşından 11 yaşadək qızların 95% -ini zorlayırlar. Bu ölkədə qadınlar parlamentdə yalnız 7,5% yer tutur. Somalidə hamilə qadınların cəmi 9% -inin tibb müəssisələrinə müraciət etmək imkanı var.

Sudan

Sudanın qərbində bir sıra yeni qanunların qəbulundan sonra da qadınların vəziyyəti acınacaqlı olaraq qalır. Qadınlar zorla oğurlanır, zorlamaya məruz qalır. Sudanda 2003-cü ildən bir milyondan çox qadın öldürülüb.

Çad

Çadda qadınlar demək olar ki, tam hüquqsuzdurlar. Qızların əksəriyyəti 11-12 yaşında nikaha girir. Şərqdə yaşayan sudan qaçqın düşərgələrində qadınlar hər gün zorlanmaya və digər zorakılıq formalarına məruz qalır. Düşərgələrdən kənarda da onlar təhlükəli həyat sürürlər. Onları daim müxalifət silahlı qrupların üzvləri, quldurlar və Çad təhlükəsizlik qüvvələri təqib edir.

Geri dön