Ana Sayfa > Xəbər > Yanan binanın sakinləri bu ərazilərə köçürüləcək
Yanan binanın sakinləri bu ərazilərə köçürüləcək20-05-2015, 15:55. Yazar: admin |
Dünən baş verən yanğından zərər çəkən bina sakinlərinin bir hissəsi Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri pansionatına köçürüləcək. Bu barədə virtualaz.org saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat veriblər. Nazirlikdən deyiblər ki, nazir Səlim Müslümov bu gün pansionatdakı vəziyyətə baxıb. Sakinlər ponsionatdakı otaq və kotteclərdə yerləşdiriləcək. Nazir bildirib ki, zərər çəkən sakinlərin yerləşdirilməsi üçün ərazilər ayrılıb. Belə ki, Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri pansionatında iki kottec, 18 otaq hazırlanıb. Bundan başqa, Dövlət Sərhəd Xidmətinin Goradildəki pansionatında 10 kottec, Həmkarlar İttifaqları Konfederasiyasının Buzovnada yerləşən sanatoriyasında 36 otaq hazırlanıb. Ailələrə isə təklif olunub ki, onlara istədikləri halda kirayə mənzil tutmaları üçün vəsait veriləcək. Onların çoxusu yaxın ərazilərdə mənzil kirayə etməyə üstünlük verib və onlara bunun üçün müvafiq maliyyə vəsaitləri ödənilib. Geri dön |