Ana Sayfa > Xəbər > FHN-in xilasediciləri tərəfindən 51 nəfər dağıntılar altından sağ çıxarılıb - FOTO - VİDEO

FHN-in xilasediciləri tərəfindən 51 nəfər dağıntılar altından sağ çıxarılıb - FOTO - VİDEO


12-02-2023, 11:15. Yazar: admin


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.



FHN-dən APA-ya verilən məlumata görə, xilasedicilərimiz zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 518 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.






Geri dön