Ana Sayfa > Xəbər > Ceyhun Bayramov Qahirə şəhərinə işgüzar səfərə gedib

Ceyhun Bayramov Qahirə şəhərinə işgüzar səfərə gedib


12-02-2023, 11:12. Yazar: admin


Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərinə işgüzar səfərə yola düşüb.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi və Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində Ərəb Dövlətləri Liqasının “Qüds şəhəri və onun əhalisinə dəstək” mövzusunda yüksək səviyyəli beynəlxalq konfransında iştirakı nəzərdə tutulur.
Geri dön