Ana Sayfa > Xəbər > Çavuşoğlu: Enerji, nəqliyyat dəhlizləri ilə bağlı növbəti görüşlərimiz Türkiyədə keçiriləcək

Çavuşoğlu: Enerji, nəqliyyat dəhlizləri ilə bağlı növbəti görüşlərimiz Türkiyədə keçiriləcək


4-02-2023, 21:51. Yazar: admin


Türkiyə Türk dünyasının birləşməsi üçün ən önəmli addım atan ölkədir.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Alanyaya səfəri çərçivəsində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Rusiya ərazisindən keçən Şimal dəhlizinin fəaliyyəti dayandırılandan sonra, Orta dəhlizin əhəmiyyəti artıb: “Biz nə etdik? O an Azərbaycanla birlikdə Qazaxıstanı dəvət etdik Bakıya, sonra da Özbəkistanla Daşkənddə üçtərəfli mexanizmlərimizi başlatdıq. Biz həm enerji, həm də nəqliyyat dəhlizlərinin güclənməsi üçün addımlar atırıq. Növbəti görüşlərimiz qardaşlarımızla birlikdə Türkiyədə keçiriləcək”, - deyə nazir vurğulayıb.
Geri dön