Ana Sayfa > Xəbər > Dəhşətli yanğını ilk görən qadın danışdı: "Tez uşaqlara qışqırdım ki, çıxın bayıra, ev yanır"
Dəhşətli yanğını ilk görən qadın danışdı: "Tez uşaqlara qışqırdım ki, çıxın bayıra, ev yanır"20-05-2015, 15:31. Yazar: admin |
“Yanğını ilk dəfə mən gördüm və başladıq qışqırmağa ki, bina yanır”. Bu barədə anspress-ə ötən gün Binəqədi rayonunda yanan binanın sakini Mələk Hüseynova bildirib. Onun sözlərinə görə, yanğın binanın aşağı mərtəbəsindən başlayıb. Mələk Hüseynova danışdıqca gözlərindən yaş süzülürdü. Əlləri qaralmışdı. Üzündəki ifadə isə ürək parçalayırdı. “Pəncərədən baxanda gördüm ki, yuxarı tüstü qalxır. Tez uşaqlara qışqırdım ki, çıxın bayıra, ev yanır. Sonra başladıq kömək istəməyə ki, ay camaat bina yanır”. Digər sakinlər də bildirirlər ki, hadisə 3 dəqiqənin içində baş verib: “Görümüzü açmağa imkan olmadı. Hər şey bir anın içində oldu. Hətta şoka düşməyə də vaxt tapmadıq. Nəyə yanıram bilirsinizmi? Körpə balaların ölümünə. Malımız getdi, cəhənnəmə getsin. Onları qazana bilərik. Lap onsuz da yaşaya bilərik. Bəs balaca Fərəhi kim qaytara biləcək? Allah bu yanğına səbəb ola biləcək addım atanlara min lənət eləsin!”, - deyə bina sakinlərindin biri bildirib. Qeyd edək ki, rəsmi məlumata görə, dünənki dəhşətli yanğın zamanı 15 nəfər ölüb, 56 nəfər xəsarət alıb. Geri dön |