Ana Sayfa > Xəbər > Rumıniya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Rumıniya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib


3-02-2023, 11:19. Yazar: admin


Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də Şəhidlər xiyabanını ziyarət edib.

Vertikal.az "Report"-a istinadən xəbər verir ki, Şəhidlər xiyabanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Rumıniya Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Rumıniyanın və Azərbaycanın Dövlət himnləri səsləndirilib.
Geri dön