Ana Sayfa > Xəbər > Ceyhun Bayramov Şimali Kiprin xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Şimali Kiprin xarici işlər naziri ilə görüşüb


25-01-2023, 09:58. Yazar: admin


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın paytaxtı Daşkənd şəhərində Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə görüşüb.

Vertikal.az Musavat.com-a istinadən xəbər verir ki, bunu Şimali Kiprin XİN başçısı tviterdə yazıb.

“Daşkənddə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla səmərəli müzakirə apardıq. Şimali Kipr xalqına verdiyi dəstəyə görə ona təşəkkür edirəm”, - nazir bildirib.

Qeyd edək ki, yanvarın 24-də Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 26-cı iclası keçirilib. C.Bayramov toplantıda iştirak edib.
Geri dön