Ana Sayfa > Xəbər / Manşet > Laçın-Xankəndi yolundakı aksiya 45-ci gündür davam edir - FOTO

Laçın-Xankəndi yolundakı aksiya 45-ci gündür davam edir - FOTO


25-01-2023, 09:55. Yazar: admin


Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, havanın şaxtalı olmasına baxmayaraq aksiya səhərə qədər davam edib.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ekofəallar aksiyanın 45-ci günündə də etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.


Geri dön