Ana Sayfa > Xəbər > Rusiya “Facebook“, “Twitter“ və “Google“u bloklamaq istəyir

Rusiya “Facebook“, “Twitter“ və “Google“u bloklamaq istəyir


20-05-2015, 14:37. Yazar: admin
Rusiya “Facebook“, “Twitter“ və “Google“u bloklamaq istəyir
Rusiyada internet və televiziyaya nəzarət orqan Roskomnadzorun sədri Aleksandr Jarov “Facebook”, “Twitter”, “Google”un fəaliyyətini blok etməklə hədələyib

Avropa.nfo xəbər verir ki, rus rəsmisi sosial şəbəkələri Rusiya qanunlarına tərs addımlar atmaqda günahlandırır. Söhbət bəzi səhifələrin bloklanması ilə bağlı Roskomnadzorun tələblərinə cavab verilməməsidir.

Rusiyanın internetə nəzarət orqanı ölkədə oxucu sayı 3000 nəfəri keçən bloqerlərin hesab və bloqlarına nə qədər adamın daxil olması ilə bağlı rəqəm istəyir.

Lakin sosial şəbəkələr bu məsələlərlə bağlı rusların suallarını cavabsız qoyur.

Geri dön