Ana Sayfa > Xəbər > AzTV Fransanın Afrikada törətdiyi cinayətlər barədə sənədli film çəkib

AzTV Fransanın Afrikada törətdiyi cinayətlər barədə sənədli film çəkib


17-01-2023, 11:04. Yazar: admin


Azərbaycan Televiziyası (AzTV) Fransanın Afrikada törətdiyi hərbi cinayətlər və soyqırımı barədə sənədli film çəkib.

Vertikal.az “Report”-a istinadən xəbər verir ki, “Qara” adlanan ekran işində fransızların afrikalılara, xüsusən də Əlcəzair xalqına etdiyi zülm və qəddarlıqla bağlı faktlar, sübutlar yer alıb.

Televiziya əməkdaşları fransız istilasına ən çox məruz qalmış ölkələrdən biri olan Əlcəzairdə çəkilişlər ediblər, arxivlərdə araşdırma aparıblar, ekspertlər və vətəndaşlarla həmsöhbət olublar.

Filmi daha ətraflı buradan izləyə bilərsiniz: "Qara"
Geri dön