Ana Sayfa > Xəbər > Cənab Prezidentdən tarixi müsahibə

Cənab Prezidentdən tarixi müsahibə


16-01-2023, 14:10. Yazar: admin


Yanvarın 10-da Azərbaycan Prezidenti cənab İlham Əliyev yerli televizya kanallarına müsahibə verib. Müxtəlif televiziya kanallarının jurnalistlərinin suallarına Prezident İlham Əliyev ətraflı, dolğun cavablar vermişdir.
Əvvəlcə Azərbaycan Televiziyasından olan Tofiq Abbasov həmkarlarının və özünün adından cənab Prezidentə bu müsahibəyə vaxt ayırdığı üçün təşəkkürünü bildirib.
​ Cənab Prezidentə ilk suallardan biri 2022-ci ilin nəticələri və 2023-cü ildə olan iqtisadi artımla və yeni gözləntilərlə bağlı öz fikirlərini söyləmişdir.
Prezident İlham Əliyev: Əlbəttə, 2023-cü ilin uğurlu olması üçün biz hamımız fəal çalışmalıyıq. Keçən ilin əvvəlində də mən Azərbaycan media nümayəndələri ilə görüş zamanı fikir bildirmişdim. Ümid edirəm 2022-ci ildə qarşıda duran vəzifələr yerinə yetiriləcək və biz bütünlüklə buna nail olduq. 2023-cü ilin əvvəlində bu göruş zamanı bu məsələlər haqqında danışacağıq.Yenə də ümidliyəm və ümidim səbəbləri var.
İkinci Qarabağ müharibəsindən sonra bizim əsas vəzifəmiz şanlı hərbi qələbəmizin siyasi müstəvidə də təsdiqləmək idi. Biz dərhal işə başladıq. Çünki, yaxşı başa düşürdük ki, əgər biz siyasi sahədə bu qələbəni təsdiqləməsək, bu qələbəni dünya ictimayətinə qəbul etdirməsək, müəyyən problemlərlə üzləşə bilərik. Artıq müharibədən 2 il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır.
Azərbaycan o ölkələrdəndi ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə bunun təməlində həm hərbi gücümüz, həmdə şanlı Qələbəmiz dayanır.
Müharibə bitsədə, mübarizə hələ davam edir və əminəm ki, biz qalib gələcəyik. Çünki biz haqq yolundayıq və bizim həm hərbi, həm siyasi gücümüz, o cümlədən iqtisadi müstəqilliyimiz gücümüzü artırır.
​ İqtisadiyyatla bağlı məsələlərə toxunan cənab Prezident İlham Əliyev çıxışında bildirdi ki, bizimdə iqtisadiyyatımız dünya iqtisadiyyatının bir parçası olduğu üçün əfsuslar olsun ki, biz də bu mənfi təsirə məruz qalmışıq. Ancaq biz çalışırıq ki, dünya üçün bu böhranlı vəziyyət xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirək.
İkinci Qarabağ müharibəsində əlil olmuş 379 hərbiçi ən müasir protezlərlə təmin edilib. Cəmi iki il keçməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsinə aid olan bu proqram tam yerinə yetirilir. Real televiziyasından İlqar Mikayıl oğlu: Cənab Prezident, 2022-ci il Azərbaycanın nəqliyyat, tranzit və loqistika potensialını yüksəltdi. Rusiya- Ukrayna müharibəsini nəzərə alaraq, ortaq yeni nəqliyyat istiqamətinə böyük ehtiyac var. Azərbaycandan keçən orta dəhliz və layihəsinin inkişafında çox vacib yeri olan Zəngəzur dəhlizi ilə bağlı soruşmaq istərdim. Məhz bu məsələlərin reallaşma perstektivini və dəhlizin region üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?
​ Prezident İlham Əliyev: Biz nəqliyyat sahəsində layihələri uzun illərdi ki, icra edirik. Bu sahəyə uzun illərdir vəsait qoyuruq. Beləliklə Azərbaycan ərazisində orta dəhlizlə bağlı bütün əsas işlər yekunlaşıb.
CBC Telekanalında Sənan Rzayev: Cənab Prezident, keçən il Azərbaycan tərəfindən Avropanın, Avropa İtifaqının enerji təhlükəsizliyinin təmin edilməsinə kömək göstərilməsi yolunda daha bir neçə addım atılıb. İyulun 18-də Avropa komissiyasının Prezidenti Ursula Fon der Lyayen Bakıda oldu. Azərbaycan və Avropa ittifaqı arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında memorandum imzalandı. Cənab Prezident bilmək istədim siz həmin ideyanı reallaşdırılmasını bütövlükdə necə qiymətləndirirsiz bu memorandum, bu əməkdaşlıq həm Azərbaycana həm də Avropa İttifaqına istər cari ildə istərsə də qarşıdakı ildə nələr vəd edir ?
​ Prezident İlham Əliyev: Bu Azərbaycanın neft qaz sahəsinin inkişafında əlamətdar hadisədir. Azərbaycanın qaz sahəsi azı 100 il beynəlxalq bazarlara öz ehtiyatlarını tədarük edəcək, yəni texnologiyalar inkişaf etdikcə, hasilat imkanları artacaq. Buna görə də 2,6 trilyon kub metr bizim potensialımızın təsdiqlənmiş minimal həcmidir. Yunanıstan-Bolqarıstan interkonnekterunun istifadəyə verilməsindən sonra yeni prespektiv istiqamətlər açılır, artıq açılıb. Azərbaycan qazı Bolqarıstan bazarına, bu ildən etibarən həm də Rumuniya bazarına daxil olub. Yəni mahiyyət etibarı ilə Nabucco layihəsini müəyyən versiyasına yaxınlaşırıq.
Nərmin Salmanova: Cənab Prezident 2022-ci il ərazisində Azərbaycan-Ermənistan sərhəddin də, eləcə də Rusiya sülh məramlı qüvvələrinin müvəqqəti yerləşdirdiyi Azərbaycan ərazisində insidentlərin şahidi olduq, Fərrux “Qisas”əməliyyatlarını gördük. Ümumiyyətlə bu insidentlərin səbəbi olan amillərin 2023-ci ildən aradan qaldırılmasını gözləyə bilərikmi? Sizin bu istiqamətdə proqramlarınız nədən ibarətdir?
​ Prezident İlham Əliyev: Mən ümid edirəm ki, artıq Ermənistan açıq aydın dərk edir ki, bu təxribatların hec bir nəticəsi olmayacaq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bizim Ermənistan tərəfinə göndərdiyimiz siqnallar ondan ibarət idi ki, siz bu vəziyyətlə barışmalısınız və kapitulyasiya aktına imza atmaqla faktiki olaraq bizim aramızdakı bu qarşı durma başa çatmalıdır. Fərrux əməliyyatının əsas səbəbi təkcə o strateji yüksəkliyi nəzarətə götürmək deyildi, eyni zamanda o yüksəklikdən bizim böyük ərazimiz atəş altında idi və orada bügün də hələ də mövcud olan qanunsuz erməni silahlı birləşmələri vaxtaşırı bizim tərəfə atəş açırdılar. Qisas əməliyyatı ona görə idi ki, ermənilər bizim hərbiçimizi qətlə yetirmişdi və bir daha gücümüzü göstərməli olduq.

Leyli Rüstəmova
Suraxanı rayonu 315 nömrəli tam orta məktəbin direktoru
Geri dön