Ana Sayfa > Xəbər > Prezident: “Azərbaycanla İtaliyanın yeni hökuməti arasında əməkdaşlıq uğurlu olacaq”

Prezident: “Azərbaycanla İtaliyanın yeni hökuməti arasında əməkdaşlıq uğurlu olacaq”


12-01-2023, 00:05. Yazar: admin


Azərbaycan-İtaliya ikitərəfli münasibətləri uğurla inkişaf edir.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İtaliyanın müdafiə nazirini qəbul edərkən deyib.

Dövlət başçısı yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb, özünün İtaliyaya son səfərini məmnunluqla qeyd edib.

Dövlətimizin başçısı İtaliya Respublikası Nazirlər Şurasının yeni Sədri Ciorcia Meloniyə təbrik məktubu göndərdiyini xatırlayaraq, yeni hökumətin formalaşmasından qısa müddət keçməsinə baxmayaraq, müdafiə naziri səviyyəsində ölkəmizə səfərin həyata keçirilməsinin əlaqələrimizin yaxşı göstəricisi olduğunu qeyd etdi və əminliyini bildirdi ki, yeni hökumətlə Azərbaycan arasında əməkdaşlıq uğurlu olacaq.
Geri dön