Ana Sayfa > Xəbər > ATƏT sədri Azərbaycana səfər edəcək

ATƏT sədri Azərbaycana səfər edəcək


11-01-2023, 11:15. Yazar: admin
ATƏT sədri Azərbaycana səfər edəcək

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycana səfər edəcək.

Vertikal.az xəbər verir ki, bu barədə ATƏT-in rəsmi saytında məlumat yayılıb.

Qeyd edilib ki, bu barədə nazirin azərbaycanlı və erməni həmkarları ilə telefon danışığından sonra razılığa gəlinib.

Buyar Osmani iki ölkə arasında gərginliyin azaldılmasına kömək etmək və davamlı sülhə nail olunmasına töhfə vermək üçün öz şəxsi səylərini göstərməyə hazır olduğunu bir daha təsdiqləyib.

O, yaxın vaxtlarda Ermənistan və Azərbaycana səfər edəcəyini vurğulayıb.
Geri dön