Ana Sayfa > Xəbər > Müsavatda istefalar səngimək bilmir

Müsavatda istefalar səngimək bilmir


20-05-2015, 13:57. Yazar: admin
Müsavatda istefalar səngimək bilmir
Müsavat Partiyasının tanınmış üzvü Vurğun Əyyubun partiyadan çıxarılması ilə başlanan istefalar davam edir.

Trend-in məlumatına görə, bu dəfə partiyanın Məclis üzvü Arifə Hüseynli istefa verib. O, Müsavat Partiyası rəhbərliyinin apardığı siyasətə etiraz olaraq bu addımı atıb.

Bildirilir ki, Arif Hacılının müsavatçılara olan şəxsi "kin-küdurəti, avtoritar idarəetmə üsulu Müsavat Partiyasında dağıdıcılıq kimi xoşagəlməz situasiya yaradıb.

Qeyd edək ki, Müsavatın tanınmış üzvü Vurğun Əyyub partiya sıralarından çıxarıldıqdan sonra siyasi təşkilat daxilində narazılıqlar daha da artıb. Bundan sonra Müsavat Partiyasının tanınmış üzvləri Adil Qeybulla, İbrahim İbrahimli, Boran Əzizli və bir çox üzvlər partiyadan istefa verib.

Geri dön